SİZİN REKLAM BURADA!
055 213 76 73


2-si qırmızı bülletenlə, 1-i təcili həbs olunma xəbəri ilə axtarışda olan 3 mütəşəkkil cinayətkar qruplaşmanın rəhbəri Alanya və İstanbulda keçirilən əməliyyatlar zamanı saxlanılıb.

Bu barədə ölkənin Daxili işlər naziri Ali Yerlikaya paylaşım edib. 

Nazir qeyd edib ki, ölkə ərazisində fəaliyyət göstərən heç bir cinayətkar qrupun rəhbərinə aman verilməyəcək və məsuliyyətə cəlb olunacaqlar.

"Qəfəs-21" əməliyyatı zamanı saxlanılan şəxslər bunlardır:

Thomas Josef Konrad: İnterpolun qırmızı bülletenlə axtardığı mütəşəkkil cinayətkar qrupun lideri Polşada narkotik alveri ilə məşğul olub. Mərakeşdən İtaliya və İspaniyaya külli miqdarda narkotik gətirir və aşağı səviyyədəki digər Avropa ölkələrinə göndərirmiş.

Jinking Peng: Fırıldaqçılıq və qeyri-qanuni bizneslə məşğul olduğu üçün Çində İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olub.

Danıel Alexander Muller: Almaniyada 1 ton kokain ələ keçirmə əməliyyatının qaçaq şübhəlisi kimi axtarılan mütəşəkkil cinayət qrupunun lideri olub.

BAKU.WS