SİZİN REKLAM BURADA!
055 213 76 73


"Dəri epidermis, dermis və subkutis olmaqla üç qatdan ibarətdir. Dərinin bariyer funksiyasını epidermin ən xarici təbəqəsi olan korneum təmin edir. Dərinin quruması korneum təbəqəsindəki suyun azalması ilə müşahidə edilir. Bəzi genetik dəri xəstəlikləri (atopik dermatit, iktiyoz), ətraf mühit amilləri (hava şəraiti, günəş, dərini quruduran məhsulların istifadəsi, isti duş alma, hovuz) və dərinin yaşlanması dəri qurumasına səbəb olur. Üz, dodaq və əllərimizin xarici faktorlarla ən çox təmasda olduğu bölgələr ən çox quruyan bölgələrdir."

BAKU.WS xəbər verir ki, bu sözləri türkiyəli dermatoloq Dr. Deveci deyib.

Soyuq havanın dəriyə mənfi təsiri olub-olmaması ilə bağlı danışan mütəxəssis kondisioner və qızdırıcıların dəri qurumasına gətirib çıxardığını açıqlayıb:

"Soyuq havanın özü də dərinin qurumasını artırır, soyuqdan qorunmaq üçün istifadə etdiyimiz kondisioner və qızdırıcılar isə ətraf mühitin rütubətini azaldığı üçün dərinin qurumasına səbəb olur".

Mütəxəssis onu da qeyd edib ki, bu yeni doğulan körpələrdə və yaşlı insanlarda daha çox müşahidə edilir:

"Yeni doğulanların və körpələrin dəri daha incədir və daha az sebum olduğundan quruluğa və qıcıqlanmaya daha meyllidir. Digər tərəfdən, yaşlanmaqla dəri zəifləyir, sebum istehsalının azalması və tərləmə ilə birlikdə quruluğa meylli olur. Atopik dermatit, iktiyosis, kseroderma pigmentosum kimi genetik dəri xəstəlikləri olan insanlar da dərisi risk altındadır".

 Dərinin qurumamasına kömək edən elementləri və müalicə üsullarını belə sıralanır:

- Üz, bədən və əllər müntəzəm olaraq uyğun nəmləndirici vasitələrlə nəmləndirilməlidir

- Çox isti duş və uzun müddətli duşdan çəkinilməlidir

- Sabun və duş gelini istifadəsi azaldılmalı, bunun əvəzinə ph:5.5 tərkibli məhsullara üstünlük verilməlidir

- Qışda da günəşdən qorunmağa diqqət yetirilməlidir

Mütəxəssis onu da qeyd edib ki, əgər quruluğa diqqət yetirilməsə, dəridə yaranan çatlar bakterial dəri infeksiyalarına səbəb ola bilər.

"Dərinin qurumasına laqeyd yanaşmaq yaraların sağalmasında gecikməyə səbəb ola bilər. İnsanlarda atopik dermatit, psoriasis və ekzema kimi dəri xəstəlikləri varsa, bunların yaranmasına səbəb ola bilər. Dəridə yaranan çatlar bakterial infeksiyalara yol aça bilər".

BAKU.WS