Alimlər maqnit qasırğasının gücünü səhv hesabladılar
Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş rentgen astronomiya laboratoriyasının və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutunun alimləri maqnit qasırğasının gücünü qiymətləndirərkən səhvə yol veriblər.
BAKU.WS bu barədə Rusiya mediasına istinadən xəbər verir.
Qeyd olunur ki, alimlər Günəşin yaydığı plazma axınının sürətini və gücünü yanlış hesablayıblar. Plazma axınının buraxılma vaxtı Yerdən müşahidə oluna bilən son dərəcə zəif günəş alovu ilə üst-üstə düşüb.
Maqnit qasırğası nəticəsində Rusiyanın, hətta cənub bölgələrinin sakinləri noyabrın 5-dən 6-na keçən gecə qırmızı şimal işıqlarını müşahidə edə biliblər.
Oxşar xəbərlər
Alimlərdən XƏBƏRDARLIQ: Bütün rabitə sistemləri çökə bilər - FOTO
Alimlər bu gün Yer kürəsini nadir və dağıdıcı "adamyeyən" günəş qasırğasının vuracağını açıqlayıblar. BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, qasırğan...