SİZİN REKLAM BURADA!
055 213 76 73


Vasabi ekstraktının istehlakı 60 yaşdan yuxarı sağlam insanlarda yaddaşı yaxşılaşdıra bilər.

BAKU.WS xəbər verir ki, bu barədə "Nutrients" jurnalı Toho Universitetinin mütəxəssislərinin apardığı araşdırmaya istinadla yazır.

Araşdırmada 60-80 yaşlı yaponlar diabet, psixi pozğunluq və ya ürək xəstəlikləri olmadan iştirak ediblər.

12 həftə ərzində onlar yatmazdan əvvəl 100 mq vasabi bitkisinitablet kimi qəbul ediblər.

Mütəxəssislərin fikrincə, eksperimentin iştirakçılarında koqnitiv funksiyaların təkmilləşdirilməsi 6-MSİtC maddəsi ilə əlaqədardır. Bu maddə beynin hipokamp hissəsində iltihabın səviyyəsini azalda bilər.

Bundan başqa, beyin hüceyrələrini radikal molekulların zədələnməsindən, məsələn, reaktiv oksigen növlərindən də qoruya bilər.

Qeyd edək ki, bitki ilk dəfə Yaponiyada 10-cu əsrdə becərilib. Vasabinin ilk dəfə Yaponiyanın dağ çaylarının kənarlarında yabanı halda bitdiyi ehtimal olunur. Bu bitkidən xüsusi ədviyyat hazırlanır. 

BAKU.WS