SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Sivas şəhərində bir şəxs həyat yoldaşı olduğu güman edilən qadını küçənin ortasında saçından sürüyərək təpikləyib. 

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, həmin anlar mobil telefon kamerası ilə saniyə-saniyə lentə alınıb.

Məlumata görə, hadisə gecə saat 23 radələrində Memar Sinan məhəlləsində, Şeyx Şamil küçəsində baş verib.

Şəxsiyyəti hələlik müəyyən edilməyən kişi ilə qadın arasında naməlum səbəbdən mübahisə düşüb.

Mübahisədən sonra qadının əri olduğu zənn edilən şəxs tərəfindən uzun müddət şiddətə məruz qalıb.

Vətəndaşlar tərəfindən lentə alınan kadrlarda əlində bıçaq olduğu görünən şəxsin qadını saçından sürüyərək təpik və şillə ilə vurduğu, vətəndaşların konserv bankaları ataraq şübhəlinin qarşısını almağa çalışdıqları görünür.

Daha sonra şübhəli qırmızı rəngli avtomobilə minərək hadisə yerindən qaçıb.

Digər tərəfdən, videoda döyülən qadının "mənə kömək edin, xahiş edirəm" qışqırması əks olunub.

BAKU.WS
VİDEO