SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Antalya şəhərində bir həftə əvvəl məktəbə getmək üçün evdən çıxan və avtobusdan endikdən sonra itkin düşən 13 yaşlı qızın meyiti qayalıqlarda tapılıb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, anası övladını geyimindən müəyyən edib.

DNT testinin nəticələrindən aslı olaraq cəsəd ailəsinə təhvil veriləcək.

Xatırladaq ki, hadisə Muratpaşa səmtinin Şirinyalı Məhəlləsindəki qayalıqlarda baş verib. Əldə edilən məlumata görə, təxminən 20 metr yüksəklikdəki qayaların dənizə qovuşduğu ərazidə bir nəfərin hərəkətsiz vəziyyətdə olduğunu görənlər 112 Təcili Zəng Mərkəzinə bildiriblər.

Əraziyə polis, yanğınsöndürmə briqadası və dəniz polisi cəlb edilib. Cəsədin gənc qıza aid olduğunu müəyyən olunub.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

BAKU.WS
QALEREYA