SİZİN REKLAM BURADA!
055 213 76 73


Qüds və İsrailin mərkəzində əhalini raket atəşi təhlükəsi barədə xəbərdar edən hava reyd siqnalları səslənib.

BAKU.WS TASS-a istinadən xəbər verir, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Qüds şəhərində və İsrailin mərkəzində siqnal səslənib", - məlumatda deyilir.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib. 

BAKU.WS