SİZİN REKLAM BURADA!
055 213 76 73


HƏMAS Qəzza zolağından İsrailin Aşkelon şəhərinə raket zərbəsi endirib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin hava hücumundan müdafiə sistemi olan "Dəmir günbəz" havada onlarla raketi məhv edib.

Hücum nəticəsində ölən və yaralananların olub-olmaması hələlik məlum deyil.

Raket hücumundan sonra İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın hədəflərinə hava zərbələri endirməklə cavab verib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ümumilikdə ölənlərin sayı 1 200-ü keçib, 2 500-ə yaxını yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

BAKU.WS
VİDEO