SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə partlayış baş verib, yaralananlar var.

BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə İstanbulun Bağcılar rayonunun Bağlar məhəlləsində qeydə alınıb.

Məlumata görə, 4 mərtəbəli binanın zirzəmisində yerləşən emal sexindəki partlayışdan sonra yanğın baş verib.

Hadisə yerinə çox sayda xilasetmə, sağlamlıq və polis qrupları cəlb edilib.

İlkin məlumatlara görə, partlayışda 5 nəfər xəsarət alıb. Onlar sağlamlıq qruplarının ilk müdaxiləsindən sonra xəstəxanaya aparılıb.

Görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO