SİZİN REKLAM BURADA!
055 213 76 73


"Yeşilçam"ın əfsanəvi aktrisaları Türkan Şoray və Filiz Akın bir araya gəliblər.

BAKU.WS xəbər verir ki, bu barə Filiz Akın özü bildirib. O şəxsi instaqram hesabında həmkarı Türkanla görüntülərini paylaşıb.

Son günlər səhhətində problem yaşayan Filiz Akın videonu "ötən gün iki cümhuriyyət qadını olaraq görüşdük" sözləri ilə şərh edib.

Qeyd edək ki, Türkan Şoray, Filiz Akın, Hülya Koçyiğit və Fatma Giriki "Yeşilçam"ın "Dört yapraklı yoncası" adlandırırılar. Onlardan sadəcə Fatma Girik həyatda deyil. 

BAKU.WS
VİDEO