SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur aktrisa Filiz Akın əməliyyat olunub. 

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktrisanın sol üst qulağındakı xərçəng törəməsinin bir hissəsi əməliyyatla kiçildilərək ona təkrar forma verilib. 

Xatırladaq ki, ötən ay aktrisanın səs tellərindən kiçik nümunə götürülüb. Akının səs telləri təmiz çıxsa da, onun qulağında şiş aşkarlanıb. Bu şişin yarısı kiçildilsə də yarısı qalmışdı.

Məlumat üçün bildirək ki, Filiz Akın Türkan Şoray, Hülya Koçyiğit və Fatma Girik ilə birlikdə "Yeşilçam"ın 4 əsas qadın aktrisası kimi qəbul edilib.

BAKU.WS
VİDEO