SİZİN REKLAM BURADA!
055 213 76 73


Cənubi Koreya, ABŞ və Yaponiya birgə bəyanat yayaraq, Şimali Koreyanı Rusiyaya sursat və hərbi texnika tədarük etməkdə ittiham edib və iki ölkə arasında mümkün əməkdaşlığı qətiyyətlə pisləyib.

BAKU.WS xəbər verir ki, bu barədə bəyanat ABŞ Dövlət Departamentinin saytında dərc olunub.

Cənubi Koreya, ABŞ və Yaponiyanın aparıcı diplomatlarının birgə bəyanatı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Şimali Koreyanın Rusiyaya silah tədarükü ilə bağlı iddiaları şayiə adlandırmasından bir neçə gün sonra yayımlanıb.

Vaşinqton, Seul və Tokio bir neçə belə təslimatı təsdiqləyən sübutlar əldə etdiklərini deyib.

Bəyanatda qeyd olunub ki, Şimali Koreyaya və ya Şimali Koreyadan silah ötürülməsi, habelə Şimali Koreyanın kütləvi qırğın silahları, ballistik raket və ya adi silah proqramları ilə bağlı bəzi əşyaların və texniki əməkdaşlığın KXDR-ə ötürülməsi BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozacaq.

Üç ölkənin nümayəndələri vurğulayıblar ki, Rusiya Təhlükəsizlik Şurasında bu qətnamələrə səs verib.

Qeyd olunur ki, KXDR-dən Rusiyaya silah tədarükü ilə bağlı söz-söhbətlər sentyabr ayında Şimali Koreya lideri Kim Çen Inın Uzaq Şərqə getdiyi və orada Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra yayılıb.

BAKU.WS