SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin İstanbul şəhərinin Taksim ərazisində 19 yaşlı Polina Litvinova adlı belaruslu gənc qadın "ər axtarıram" yazısı ilə diqqətləri üzərinə çəkib.

BAKU.WS "Haberler.com"a istinadən xəbər verir ki, gənc qadını görən vətəndaşlar sırayla foto çəkdiriblər.

Sosial media hesablarında çəkdirdiyi videoları paylaşmağı da unutmayan gənc qızı görən yerli və xarici turistlər təəccüblərini gizlədə bilməyiblər.

Gənc qızın sosial şəbəkədəki paylaşımı qısa zamanda minlərlə baxış sayına çatıb.

Maraqlı hadisə mobil telefonlar vasitəsilə lentə alınıb.

Polina hərəkətinin tamamilə real olduğunu deyib:

"Soruşurlar ki, niyə belə video çəkirəm. Onsuz da çox diqqət çəkirəm, amma bu zarafat deyil. Mən həqiqətən də yaxşı adam axtarıram ki, mənim qayğıma qalacaq və təhlükəsizliyimi təmin edəcək. Bu üsulla ər tapmaq səhvdirsə, bilmirəm başqa necə tapım. İnsanların ancaq aldadıldığı cütlük tapmaq kimi proqramlar vasitəsilə ər tapmalıyam? Mənə deyin, necə tapmalıyam? Evlənmək istəyən şəxslər bu cür proqramlardan istifadə etməz. Ən azından bu cür şeylərlə vaxt itirməzlər. Ona görə də bu yolu seçdim".

BAKU.WS
VİDEO