SİZİN REKLAM BURADA!
055 213 76 73


Oktyabrın ikinci həftəsindən dünyanın diqqəti İsrail və Fələstin arasındakı münaqişələrə yönəlib. 

BAKU.WS "CNN Türk"ə istinadən xəbər verir ki, əksər şirkətlər uzun müddətdir davam edən İsrail-Fələstin münaqişəsinə qarışmaqdan ehtiyat edirdilər.

Lakin HƏMAS-ın 7 oktyabrda İsrailə hücumlarının miqyası bəlli olanda, bəzi idarəetmə ekspertləri və korporativ icmadakı insanlara görə, susmaq artıq seçim deyildi.

CNN-in müxbiri Bryan Mena İsraili dəstəkləyən Amerika haqqında yazıb.

Menanın hesabatına görə, "Microsoft"un baş direktoru (CEO) Satya Nadella İsrailə qarşı dəhşətli terror hücumlarını vurğulayarkən, Alphabetdəki həmkarı Sundar Pichai isə dərin kədər içində olduğunu ifadə etdi.

Məlumata görə, Disney humanitar yardım üçün İsrailə 2 milyon dollar, banklar isə milyonlarla dollar yardım edib.

Bir siyahıya əsasən, ABŞ-da 80-ə yaxın məişət şirkəti HƏMAS-ın hücumlarını pisləyib.

BAKU.WS