SİZİN REKLAM BURADA!
055 213 76 73


Şiə Hizbullah partiyasının silahlı qanadı ilə İsrail Müdafiə Qüvvələri arasında toqquşmalar son bir neçə gündə “əhəmiyyətli dərəcədə artıb”,

BAKU.WS xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi Conatan Konrikus CNN-ə bildirib.

Onun sözlərinə görə, Hizbullah Livan ərazisindən İsrail istiqamətində çoxsaylı tank əleyhinə raketlər atıb, həm hərbi, həm də mülki obyektləri hədəf alıb və hər ikisinə ziyan vurub. Konrikus əlavə edib ki, hərəkatın döyüşçüləri yəhudi dövlətinin ərazisinə daxil olmağa cəhd ediblər, lakin İsrail hərbçiləri tərəfindən onların qarşısı alınıb:

“Hizbullahın indi etdiyi şey Livanı heç bir əlaqəsi olmayan və heç bir faydası olmayacaq bir münaqişəyə sürükləyir”.

BAKU.WS