SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin israiləsilli məşhur müğənnisi Linet Mor Menaşe İsrail-HƏMAS qarşıdurmasında İsrailə dəstək olan məlumatlar paylaşıb.

BAKU.WS xəbər verir ki, onun bu hərəkəti yerli publika tərəfindən qınağa səbəb olub.

Belə ki, hadisələr başlayan ilk gündən müğənni Linetin profil şəkli qara fondur. Bundan başqa, o, dünən instaqram hesabında diqqətçəkən paylaşım edərək “Həmas şimaldan fələstinlilərin keçməsinə icazə vermir” və “HƏMAS qatildir” yazılarından sitat gətirib.

Məşhur müğənninin israilyönlü mövqeyi postu çoxlarının reaksiyasına səbəb olub. Bu paylaşımı görən sosial şəbəkə istifadəçiləri müğənniyə reaksiya göstərərək Linetin ölkəni tərk etməli olduğunu bildiriblər. Məşhur prodüser Erol Köse "Bu ölkədə sərvət qazanmısansa, sənin adına minlərlə linç mesajı gəlir. Məncə, bu topa girməməlisən dostum" sözləri ilə Linetə xəbərdarlıq edib. 

Daha sonra, Linet paylaşımlarının şərh bölməsini bağlayıb.

BAKU.WS
QALEREYA