SİZİN REKLAM BURADA!
055 213 76 73


İranlı rejissor Dariush Mehrjoui və aktrisa həyat yoldaşı Vahideh Mohammadifar qətlə yetiriliblər.

BAKU.WS xəbər verir ki, tanınmış cütlük Tehran şəhərindəki evlərində yerdə ölü vəziyyətdə tapılıblar.

Onların boğazında çoxsaylı bıçaq zərbələri aşkar edilib.

Bu barədə İranın dövlət informasiya agentliyi İRNA məlumat yayıb.

Bildirilib ki, qətlin hansı səbəbdən baş verdiiy və cinayəti kimin törətdiyi hələ ki bəlli deyil.

Bir müddət əvvəl rejissorun xanımı Vahideh Mohammadifar sosial şəbəkə hesabında ona şantaj edildiyi barədə paylaşım edib.

Qeyd edək ki, 83 yaşlı Dariush Mehrjoui İranda 1970-ci ildə çəkfiyi filmlərlə məşhurlaşıb. Onun lentə aldığı ekran işləri bir sıra festivallarda müxtəlif mükafatlara layiq görülüb. 

BAKU.WS