SİZİN REKLAM BURADA!
055 213 76 73


NATO yeni hərbi planlarının praktiki icrasına, o cümlədən Rusiya sərhədləri boyunca qüvvələrini yerləşdirməyə və komandanlıq strukturlarını uyğunlaşdırmağa başlayır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin görüşündən sonra bildirib.

“NATO-nun müdafiə nazirləri müdafiəmizin gücləndirilməsi istiqamətində irəliləyişi müzakirə etdilər. 2023-cü ilin iyulunda Vilnüs sammitində biz soyuq müharibənin bitməsindən bəri ən geniş müdafiə planlarını təsdiqlədik.

İndi növbəti addımları atırıq - yerləşdirmə üçün qüvvələri müəyyənləşdiririk, yeni hərbi imkanlar yaradırıq, komanda və nəzarət sistemimizi uyğunlaşdırırıq”, - o deyib.

NATO-nun yeni hərbi planlarına görə, alyans təqribən 300 min nəfərlik qrupun daimi hazırlıq vəziyyətində olmasını, eləcə də Rusiya sərhədləri yaxınlığında dislokasiya olunmuş 8 ön briqadaya sahib olmaq, döyüş sursatları, texnika və ağır silahlar üçün anbarlar hazırlamaq istəyir.

Bundan əlavə, alyans NATO-nun şərq cinahına, o cümlədən ABŞ və Kanadadan əlavə qüvvələrin sürətlə göndərilməsi üçün logistikanı təkmilləşdirir.

BAKU.WS