SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya prezidenti Vladimir Putin öz qüvvələrini Ukrayna torpaqlarından çıxararaq bu müharibəyə son verməli və müstəqil, suveren ölkə olan Ukraynaya hücumunu dayandırmalıdır.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin toplantısından öncə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Rusiya Prezidenti xoş niyyətlə danışıqlar masasına oturmalı və yekun siyasi həll yolu üçün çalışmalıdır.

“Eyni zamanda, biz realist olmalıyıq və anlamalıyıq ki, bu müharibə uzun müddət davam edə bilər, bir neçə ay və hətta bir neçə il çəkə bilər. Ona görə də biz uzun yola hazır olmalıyıq. Biz Ukraynaya dəstək verməli, onu gücləndirməli, sanksiyaları qüvvədə saxlamalıyıq”, - Yens Stoltenberq qeyd edib.

Baş katib vurğulayıb ki, bu gün NATO XİN başçıları iclasda uzun müddətli perspektivləri müzakirə edəcək: “Mən başa düşürəm ki, bu müharibənin nə zaman bitməsindən asılı olmayaraq, onun bizim təhlükəsizliyimiz üçün təsirləri olacaq. Çünki biz qəddarlığı, Prezident Putinin öz məqsədlərinə çatmaq üçün gücdən istifadə istəyini gördük. Bütün bunlar Avropada təhlükəsizlik reallığını dəyişdirdi. Buna görə də biz NATO daxilində proses başlatdıq, hərbi komandanlığımıza göstəriş verdik ki, siyasi liderlərə öz ölkələrinin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı qərarlar almaq üçün öz tövsiyələrini versinlər. Ukraynanın işğalı bizim üçün oyanış siqnalı oldu”.

BAKU.WS