SİZİN REKLAM BURADA!
055 213 76 73


İsrail donanmasının hücum katerləri Aralıq dənizi sahilində Qəzza zolağının mərkəzi hissələrini və Xan Yunus şəhəri sahilindəki yaşayış məntəqələrini dənizdən vurur.

BAKU.WS xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.

Xatırladaq ki, HƏMAS-ın oktyabrın 7-də başlatdığı əməliyyatdan sonra İsrail ordusunun Qəzza və İordan çayının qərb sahilinə hücumları davam edir.

Fələstin İsrailin Qəzza və İordan çayının qərb sahilinə təşkil etdiyi hücumlarda indiyədək 704 nəfərin öldüyünü, təxminən 4 min adamın isə yaralandığını açıqlayıb.

Qəzzadan edilən hücumlarda ölən israillilərin sayı 900-ü keçib.

BAKU.WS