SİZİN REKLAM BURADA!
055 213 76 73


İsraildə “HƏMAS”ın "Süpernova" festivalına etdiyi hücumun ilk dəqiqələrinin görüntüləri yayılıb.

BAKU.WS xəbər verir ki, bu barədə xarici KİV-də müxtəlif videolar yer alıb.

Kadrlarda festival iştirakçılarının hücumdan əvvəl baş verəcəklərdən xəbərsiz rəqs edib, əyləndiyi əks olunub.

Xatırladaq ki, HƏMAS”ın hədəfinə çevrilən "Süpernova" festivalı ərazisində 250-dən artıq meyit aşkarlanıb. 100-dən çox yerli və xarici iştirakçıların isə “HƏMAS” tərəfindən əsir götürüldüyü bildirilib. 

Məlumat üçün bildirək ki, oktyabrın 7-də Fələstinin radikal “HƏMAS” qruplaşması "Əqsa Tufanı əməliyyatı" adı altında İsrailə hücum edib.Genişmiqyaslı hərbi əməliyyatlar zamanı İsrailin şəhərləri bombalanıb.

Bu zaman Qəzza yaxınlığında keçirilən festivalda da “HƏMAS”ın hədəfinə çevrilib.Hücum başlayandan bəri 1000-ə yaxın HƏMAS yaraqlısı İsrailin 20 şəhəri və 11 ordu düşərgəsinə sızıb. Son məlumatlarda ölən israillilərin sayının 1100-ə çatdığı, 2000-dən çox yaralının olduğu bildirilib. BAKU.WS sözügedən videonu təqdim edir:

BAKU.WS
VİDEO