SİZİN REKLAM BURADA!
055 213 76 73


İsrail Cənub dairəsində polis general-mayoru Amir Koen Sderot şəhərində yaralanıb.

BAKU.WS xəbər verir ki, bu barədə məlumatı İsrail radiosu yayıb.

Məlumata görə, İsrail hərbçiləri Qəzza zolağı ilə sərhəddə bir neçə döyüşçünü zərərsizləşdirib. İsrail ordusu Qəzza zolağında hərbi obyektlərə zərbələr endirir.

Məlumatı hələ ki, rəsmi mənbələr təsdiqləməyib.

Xatırladaq ki, bu gün  Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb.

BAKU.WS