SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanda N saylı hərbi hissənin komandiri R.B., “MosEsco” MMC-nin direktoru K.Q. və daha 3 nəfər 60 milyon dram (təxminən 150 min ABŞ dolları) məbləğində vəsaiti mənimsəməkdə şübhəli bilinərək həbs edilib.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın Antikorrupsiyaya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İş materiallarına əsasən, R.B. 2017-ci ildə ordu üçün yanacaq alınması komissiyasının rəhbəri olarkən “MosEsco” şirkətinə 240 min litr antifriz tədarükü üçün tenderdə qalib gəlməyə kömək edib. Şirkət faktiki olaraq cəmi 156 min litr tədarük etsə də, tam həcm üçün ödəniş alıb.

Saxta sövdələşmədə Komissiyanın tədarüklərlə bağlı sənədləri saxtalaşdıran altı üzvünün əli olub. Onlar dövlət vəsaitini mənimsəməkdə və vəzifə saxtakarlığında ittiham olunurlar.

Komissiyanın 3 üzvü saxlanılıb, qalanları həbs edilib. İbtidai istintaq davam edir.

BAKU.WS