SİZİN REKLAM BURADA!
055 213 76 73


"Atelier Jolie" adlı markası ilə moda sektoruna atılan aktrisa Ancelina Coli ilk dəfə keçmiş əri Bred Pittlə olan evliliyindən danışıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Coli ana olmağının onun həyatını xilas etdiyini bildirib:

"İlk dəfə ana olanda 26 yaşım var idi. Həyatım tamamilə dəyişdi. Övlad sahibi olmağım həyatımı xilas etdi. Dünyaya başqa gözlə baxmağa başladım. Onlar olmasaydı, həyatda qaranlıq yolda ola bilərdim. Onlar məndən daha yaxşı vəziyyətdədirlər. Çünki siz hər zaman uşaqlarınızın yaxşı olmağını istəyərsiniz".

Qeyd edək ki, 2014-cü ildən evli olan 59 yaşlı Bred Pitt və 48 yaşlı Ancelina Coli 2016-cı ildə təyyarədə etdikləri mübahisədən sonra ayrılıblar.

Onlar bu ilin avqustunda rəsmi olaraq boşanıblar. Cütlüyün 21 yaşlı Maddoks, 19 yaşlı Paks, 18 yaşlı Zahara, 17 yaşlı Şilo və 15 yaşlı əkizlər Noks və Vivyen adlı uşaqları var.

BAKU.WS