SİZİN REKLAM BURADA!
055 213 76 73


Üç "Emmy" mükafatlı aktyor Billi Miller vəfat edib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o, 43 yaşında dünyasını dəyişib. Aktyorun vəfatı ilə bağlı məlumatı meneceri yayıb.

Onun ölüm səbəbi açıqlanmasa da, uzun müddətdir ki, manik depressiyasından əziyyət çəkdiyi bildirilib. Bu xəstəlik tibbdə, bipolyar affektiv pozğunluq və ya manik depressiya adı ilə tanınan ağır psixi xəstəlikdir. Əhval-ruhiyyənin dəyişməsi ilə xarakterizə olunur. Daha çox 35 yaşdan yuxarı şəxslərdə müəyyən edilir ki, bu da dünya əhalisinin 3-5 faizini təşkil edir. Bipolyar affektiv pozğunluğu bir çox məşhur şəxslərdə, məsələn, Freud, Puşkin, Goqol da da rast gəlinib.

Məlumat üçün bildirək ki, 43 yaşlı  aktyor "All My Children", "General Hospital", "Suits", "Truth Be Told" kimi seriallarla yanaşı, "Ray Donovan", "Fatal Honeymoon", "American Sniper", "Ringer", "Castle" ve "Justified" kimi filmlərdə də rol alıb. 

BAKU.WS