SİZİN REKLAM BURADA!
055 213 76 73


Mərmərə dənizində İstanbula təsir edəcək 7 bala qədər güclü zəlzələ gözlənilir.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə türkiyəli akademik, məşhur geoloq Cəlal Şəngör deyib.

O, bildirib ki, yeraltı təkanların 2 dəqiqə çəkəcəyi ehtimal olunur:

“Zəlzələnin 2 dəqiqə davam edə biləcəyini düşünürük. Əgər seysmik xətt Silivridən Çekmeceyə qədər qırılarsa, qorxacaq bir şey yoxdur, ancaq seysmik xətt Gebzə sahillərinə qədər uzanarsa, 7,5 bal gücündə zəlzələ meydana gətirər".

Bir digər mütəxəssis Naci Görür isə təkanların 40-60 saniyə çəkəcəyini ehtimal edir:

“Zəlzələnin müddəti 40-60 saniyədir. Mərmərə fay xətti şərqdən qərbə doğru qırılarsa, zəlzələnin gücü 7,6 bal olacaq.

BAKU.WS
QALEREYA