SİZİN REKLAM BURADA!
055 213 76 73


Çilidə 5.9 bal gücündə zəlzələ olub.

BAKU.WS xəbər verir ki, bu barə Çili Milli Seysmologiya Mərkəzinin (CSN) məlumat yayıb. Bildirilib ki, episentri ölkənin Atakama bölgəsindəki Kaldera şəhərində olan 5,9 bal gücündə zəlzələ yerli vaxtla saat 15.13-də və yerin 22 kilometr dərinliyində baş verib.

Səlahiyyətlilər zəlzələdə can və ya mal itkisinin olmadığını açıqlayıb.

Qeyd edək ki, dünyanın ən çox seysmik hərəkətlərə malik ölkələrindən biri olan Çili “Alov halqası” kimi tanınan Sakit Okean Seysmik Zonasında yerləşir.

2010-cu il fevralın 27-də ölkədə baş verən 8,8 bal gücündə zəlzələ və onu müşayiət edən sunami nəticəsində 500-dən çox insan həyatını itirib.

BAKU.WS
QALEREYA