2000 illik qədim şərabda yandırılmış insan sümükləri tapılıb

2000 illik qədim şərabda yandırılmış insan sümükləri tapılıb
Dünya 44

İspaniyanın Kordoba Universitetinin arxeoloqları içərisində insanın yandırılmış sümüklərinin olduğu qədim şərab aşkar ediblər.

BAKU.WS xəbər verir ki, araşdırmanın nəticələri Journal of Archaeological Science (JAS) jurnalında dərc olunub.

2024-cü ilin əvvəlində arxeoloqlar Əndəlus mənşəli 2000 illik şüşə qabın içərisində mühafizə olunan qəribə maye aşkar etmişdilər. Alimlər müəyyən ediblər ki, bu, məlum olan ən qədim şərabdır. Eramızın 4-cü əsrinə aid edilmişdir.

Alimlər mayenin pH, duz tərkibi və üzvi maddələri qiymətləndirmək üçün bir sıra kimyəvi sınaqlar keçiriblər. Onlar bir sıra araşdırmalar apardıqdan sonra belə qənaətə gəliblər ki, qabda əslində qırmızı şərab var. Tədqiqatçılar mayedə polifenolları - xüsusi bitki birləşmələrini kəşf edərək buna əmin oldular.

Şərabın tərkibində qızıl üzüklə birlikdə yandırılmış kişi qalıqlarının olduğu da aşkar edilib. Alimlərin fikrincə, qabda kişi qalıqlarının olması Qədim Romada qadınlara şərab içməyin qadağan edildiyini sübut edir. Bu, yalnız kişi içkisi hesab olunurdu. Alimlər izah ediblər ki, qabın içindəki külün tərkibi də dəfn mərasimlərində Roma cəmiyyətinin gender bölgüsünü əks etdirir.

Son xəbərlər