SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya prezidenti Putin və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan dünən Soçidə görüşüb. Putinin Ərdoğan üçün hazırladığı menyuda quş südü olması diqqətdən qaçmayıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, rus dilində “Pticye moloko” kimi tanınan desert SSRİ dövrünün ən məşhur desertlərindən biridir.

Məlumata görə, iki lider, heyətlər arasında baş tutan görüş və təkbətək iş yeməyindən sonra birgə mətbuat konfransı keçirib.

Liderlər daha sonra şam yeməyinə keçiblər.

Bu ərəfədə Rusiya agentlikləri qonaqlara təqdim edilən menyunu paylaşıb. Görünür ki, Putin və Rəcəb Tayyib Ərdoğanın naharına avokadolu hisə verilmiş alabalı salatı, pomidorlu və Qüds arthisoklu barbun balığı fileso və ətli havan şorbası (gürcü şorbası) verilib. Əsas yemək olaraq qonaqlara yabanı yerkökü püreli qızardılmış quzu pirzolası və ya tərəvəzli və ispanaq souslu kefal seçimi təklif olunub.

Menyudakı desert isə “quş südü” idi. Rus dilində "Pticye moloko" SSRİ dövrünün ən məşhur desertlərindən biri kimi patentləşdirilmiş nadir sovet şirniyyatlarından biri kimi tanınır.

BAKU.WS