SİZİN REKLAM BURADA!
055 213 76 73


İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Sammitinə qatılan liderlər sürprizlə qarşılaşıblar.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, sammitə ev sahibliyi edən məkanın kafesində menyuda ilk sırada “rus salatı” yer alıb. Onun bir porsiyası 8 avroya təklif edilib.

Böyük marağa səbəb olan təam qısa zamanda tükənib.

Qeyd edək ki, yaşıl noxud, kartof, yerkökü və mayonezdən ibarət bu salatın Rusiyanın NATO üçün birbaşa təhdid elan edildiyi sammitin menyusunda yer alması bir çoxlarında təəccüb doğurub.

BAKU.WS
QALEREYA