SİZİN REKLAM BURADA!
055 213 76 73


Azyaşlı uşağın xilasedilmə anı sosial şəbəkələrdə rekord izlənmə sayına çatıb.

BAKU.WS xəbər verir ki, görüntülərin Fələstində lentə alındığı iddia olunur.

Belə ki, maşının ön oturacağındakı pəncərədən başını çölə çıxaran uşaq daha sonra şüşəni bağlayır və boynu arada sıxışıb qalır. Ona köməyə isə ətrafdakı bir nəfər çatır.

Həmin şəxs əvvəlcə pəncərənin şüşəsini aşağı endirməyə çalışsa da bu mümkün olmur. Daha sonra kişi yumruq zərbəsi ilə şüşəni qırıb azyaşlını xilas edir.

Sözügedən hadisə anı ərazidəki təhlükəsizlik kamerasına əks olunub.

Uşağı xilas edən kişinin cəsarəti və cəldliyi dünyanın dörd bir yanında çoxlu sayda insanın qəlbini fəth edib.

Həmin görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO