SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünya çox uzaqlara yayılmış milyardlarla insanın evidir. Dünyanın ən kiçik ölkələri maraqlı səth sahəsi və uzunluqları ilə diqqət çəkir. 

BAKU.WS xarici mətbuata istinadən dünyanın ən kiçik 10 ölkəsini təqdim edir:

Vatikan

İtaliyanın Roma şəhərində yerləşən Vatikan Papanın və bir çox başqa din xadimlərinin evidir. Cəmi 800 nəfər əhalisi olan Vatikanda cəmi 450 nəfərin real vətəndaşlığı var. 11 fevral 1929-cu ildə Latern müqaviləsi ilə öz suverenliyini elan edən Vatikan öz möhürlərini, pasportlarını və maşın nömrələrini buraxır. Öz avrosunu buraxan Vatikanın da öz himni və bayrağı var.

Monako

Monako Qran Pri və bir çox digər tədbirlərə ev sahibliyi edən çox zəngin bir ölkədir. Monakonun uzunluğu 3350 m-dir. Ölkə Fransa ilə həmsərhəddir.

Nauru

Nauru Avstraliyanın şərqindəki bir adadır. Bura ən kiçik ada ölkəsidir. 2016-cı ilin yanvar ayına olan məlumata görə, onun təxminən 10,200 əhalisi var.

Tuvalu

Tuvaluda yalnız bir xəstəxana var. Adanın əhalisi 10 mindən bir qədər azdır.

San-Marino

San-Marinonunən qədim suveren dövlət olduğu iddia edilir. 2016-cı ilin yanvar ayına olan məlumata görə, San Marino əhalisi təxminən 32 min nəfərdir.

Lixtenşteyn

İnanılmaz hadisələrə ev sahibliyi edən ölkənin təxminən 37 min əhalisi var. İsveçrə və Avstriya arasında yerləşən ölkə inanılmaz dərəcədə təhlükəsizdir. 

Seint Kits və Nevis

Bu ada ölkəsi Şərqi Karib hövzəsində yerləşir. Əhalisi təxminən 55 min nəfərdir. ABŞ-ın qurucularından olan Alexander Hamilton burada anadan olub.

Maldiv adaları

Maldiv adalarının sahəsi 300 km² və ümumi sahil xətti 644 km-dir. 1965-ci ildə müstəqil ölkə olub.

Malta

419.500 nəfər əhalisi olan Maltanın uzunluğu 137 km-dir. Malta 237 km əraziyə malikdir. Malta Respublikası 3 ayrı hissədən ibarətdir - Gozo, Comino və Malta.

Qrenada

Qrenada dünyanın ən kiçik onuncu ölkəsidir. Ölkənin əhalisi təxminən 107 min nəfərdir. Qrenada adasının uzunluğu 20 km-dən bir qədər çoxdur. 

BAKU.WS