SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə metroda bir qadın yanındakı digər sərnişin xanımın başındakı yaylığı çıxarıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bundan sonra qatardakı digər sərnişinlər xanıma etiraz etməyə başlayıb.

Həmin vaxt qatarda olan gənclərdən biri qadına tənqid yağıdıraraq onu başqasının geyiminə qarışmağın düzgün olmadığını bildirib:

"Millətin nə geyindiyinə niyə qarışırsan? Mən sənin geyiminə qarışıram? Mənim anam da başının bağlayır. Sən kimsən axı?"

Qadın onu tənqid edən gəncə "Qolunu sındıraram" deyə hədə-qorxu gəlib.

Hadisə Marmarayda baş verib. Hazırda İstanbul şəhər Baş Prokurorluğu görüntülərdəki qadını axtarır.

Həmin an baş verənlər qatardakı sərnişinlər tərəfindən anbaan görüntülənərək sosial şəbəkələrdə yayılıb. 

BAKU.WS
VİDEO