SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin sabiq Qida və kənd təsərrüfatı naziri Kutbettin Arzu Türkiyə Böyük Millət Məclisinin (TBMM) nəzdindəki yaşayış evlərinin birinin hovuzunda ölü vəziyyətdə tapılıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, 68 yaşlı keçmiş nazirin infarktdan vəfat etdiyi bildirilib.

Hadisə ilə bağlı cinayət işi açılıb. İstintaq aparılır.

Xatırladaq ki, Kutbettin Arzu 2015-ci ildə nazir vəzifəsini icra edib. O 1955-ci ildə Diyarbəkirdə doğulub. Bu günə qədər müxtəlif vəzifələrdə işləyən Arzu evli idi. Onun 4 övladı var. 

BAKU.WS