SİZİN REKLAM BURADA!
055 213 76 73


Hindistanın "Çandrayan-3" kosmik modulu Ayın səthinə uğurlu eniş edib.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, Hindistan Kosmik Tədqiqatlar bürosunun (ISRO) yaydığı məlumatda enişin uğurla həyata keçirildiyi qeyd edilib. Eniş yerli vaxtla 16:33-də baş tutub.

ISRO rəhbəri Sridhara Somanath da enişin uğurla həyata keçdiyini təsdiqləyib."Uğurlu eniş oldu! Hindistan aydadır"- deyə o vurğulayıb.

Beləliklə Hindistan, SSRİ, ABŞ və Çindən sonra Aya uğurlu eniş edə bilən dünyanın dördüncü ölkəsi oldu.

 

BAKU.WS
VİDEO