SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Kastamonu vilayətində 12 mərtəbəli binanın 9-cu mərtəbəsində cərəyanda unudulmuş ütü yanğına səbəb olub.

BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, tüstünü görən ərazi sakinlərinin xəbərdarlığı ilə çox sayda yanğınsöndürən yanğın baş verən əraziyə cəlb edilib.

Yanğın yanğınsöndürənlərin müdaxiləsindən sonra nəzarətə götürülüb.

Hadisə zamanı evə külli miqdarda maddi ziyan dəyib, həmçinin yanğın aşağı mərtəbədəki mənzillərə də ziyan vurub.

Tüstü səbəbindən polislər binada yaşayan ailələri təxliyyə edib.

Daha sonra sakinlər evlərinə daxil olublar.

BAKU.WS
QALEREYA