SİZİN REKLAM BURADA!
055 213 76 73


Yunanıstanın baş naziri Kiriakos Mitsotakis meşə yanğınları nəticəsində evakuasiya edilən turistlərə gələn ilin yazında və ya payızında Rodos adasında bir həftə pulsuz istirahət vəd edib.

BAKU.WS xəbər verir ki, Yunanıstanda minlərlə turist meşə yanğınları səbəbindən tətillərini yarımçıq qoyub və təhlükəsiz ərazilərə təxliyə edilib.

“Bu, onlara adaya qayıtmağa və onun təbii gözəlliklərindən həzz almağa imkan verəcək”, - deyə baş nazir bildirib.

Yanğınların dağıdıcı təsir göstərdiyini qeyd edən Miçotakis, Rodosun yalnız yüzdə 5-inə bərabər olan 50 kvadrat kilometrdən az ərazinin yanğınlardan təsirləndiyini deyib.

O, vurğulayıb ki, Rodosun qalan hissəsi tamamilə normala dönüb.

Qeyd edək ki, Rodosda hazırda aktiv meşə yanğını yoxdur və yaxın 15 gün üçün hava proqnozu nisbətən yaxşı görünür.

BAKU.WS