SİZİN REKLAM BURADA!
055 213 76 73


Kolumbiyanın Baş Prokurorluğu Prezident Qustavo Petronun böyük oğlunu və onun keçmiş həyat yoldaşını çirkli pulların yuyulması və qanunsuz varlanma işi üzrə saxlayıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı tviterdə bildirib.

Petro məhkəmə sisteminə müdaxilə etməyəcəyinə və təzyiq göstərməyəcəyinə söz verib.

Baş Prokurorluq bildirib ki, Nikolas Petro Burqos çirkli pulların yuyulması və qanunsuz varlanma, onun keçmiş həyat yoldaşı Daisuris Vaskes isə çirkli pulların yuyulması və şəxsi məlumatların qanunsuz əldə edilməsi şübhəsi ilə saxlanılıb.

Prezidentin oğlu ilə bağlı təhqiqat Vaskesin "Semana" jurnalına müsahibə verməsindən sonra başlayıb və o, keçmiş ərinin atasının seçki kampaniyası üçün narkotik satıcılarından pul aldığını deyib. Baş Prokurorluğun məlumatına görə, dövlət başçısının oğlu vəsaiti özü üçün saxlayıb. Müsahibə dərc edildikdən sonra Prezident nəzarət qurumundan oğlunun araşdırılmasını istəyib.

BAKU.WS