SİZİN REKLAM BURADA!
055 213 76 73


Kolumbiyada möcüzə baş verib. Mayın 1-də ölkədə 7 nəfərlə birlikdə yoxa çıxan və mayın 17-də qalıqları aşkarlanan kiçik təyyarədə olan 4 uşaq sağ tapılıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kolumbiya prezidenti Qustavo Petro tvitter hesabında məlumat yayıb: 

"Bütün ölkə üçün böyük sevinc! 40 gün əvvəl Kolumbiya cəngəlliklərində itən 4 uşaq sağ tapıldı".

Hərbi qulluqçular tərəfindən tapılan uşaqların sağlamlıq vəziyyətində “maye itkisi” və “böcək dişləməsi” nəticəsində yaranan problemlər olduğu bildirilib.

Məlumata görə, sağ qalanlar arasında 11 aylıq körpə də var. 

BAKU.WS
QALEREYA