SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə Mərmərə dənizində qorxu dolu anlar yaşanıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Avşa adasından İstanbulun Avcılar və Yenikapı istiqamətinə hərəkət edən gəmi fırtınaya düşüb.

Təbiət hadisəsi gəmidəki sərnişinlərə 45 dəqiqə qorxu dolu anlar yaşadıb.

Bu zaman sərnişinlərin halı pisləşib. Ürəkbulanmadan əziyyət çəkən sərnişinlərdən altısının vəziyyəti pisləşib.

Kapitan bir saatlıq gecikmədən sonra gəmini təyinat yerinə çatdırıb. Belə hadisənin nadir olduğunu və 15 ildə bir yaşandığı bildirilib. 

BAKU.WS
VİDEO