SİZİN REKLAM BURADA!
055 213 76 73


"WhatsApp", "Facebook", "Instagram" və "Threads"ın ana şirkəti olan Metanın baş direktoru Mark Zukerberq keçən il 35 milyard dollara düşən sərvətini 2023-cü ildə üç dəfə artırıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, sərvətini 116 milyard dollara yüksəldən Zukerberq yenidən dünyanın ən zəngin adamlarından biri olub.

"Bloomberg Billionaires Index"ə görə, Metanın səhmləri 2022-ci ildə 70 faizdən çox ucuzlaşıb. Bu azalmadan sonra Zukerberqin sərvəti keçən ilin əvvəlindən 125 milyard dollardan 35 milyard dollara düşüb.

Şirkətin səhmləri bahalaşdıqdan sonra Zukerberqin sərvəti 3 dəfədən çox artıb.

Meta səhmində artım davam edərsə, Zukerberq dörd milyarderi keçərək dünyanın altıncı ən varlı adamı olmağa hazırlaşır.

BAKU.WS