SİZİN REKLAM BURADA!
055 213 76 73


“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi sahibi Meta şirkəti “Twitter”in rəqibi “Threads” proqramına bəzi əlavələr və yeniləmələr etməyə hazırlaşır.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, “Threads”in hazırkı əsas səhifəsində tövsiyə olunan məzmunlar və izlənilən insanların paylaşdıqları görünür. Tətbiqdə ediləcək dəyişikliklə istifadəçilər yalnız xronoloji ardıcıllıqla izlədikləri insanların yazılarını görə biləcəklər.

Bu seçim “Twitter”də də mövcuddur.

Mütəxəssislərin fikrincə, “Threads” “Twitter”də son dəyişikliklərdən razı olmayan istifadəçiləri cəlb etmək potensialına malikdir. Tətbiq keçən həftə istifadəyə verildikdən bir neçə gün sonra 100 milyon istifadəçini ötüb.

“Threads” istifadəyə verilən zaman ilk versiyası başlanğıc məhsul kimi təsvir edilib və şirkət yeni xüsusiyyətlərin gələcəyini açıqlayıb. “Threads” ən populyar sosial media tətbiqlərindən biri olan “Instagram” ilə birlikdə işləyir.

Hazırda əksər insanları ən çox narahat edən məqamlardan biri də “Threads”ı silən zaman “Instagram”ın da silinməsidir.

Şirkət bu məsələ üzərində də işlədiyini açıqlayıb.

BAKU.WS