SİZİN REKLAM BURADA!
055 213 76 73


"Rusiya terrorçuları dinc şəhərlərə raket zərbələrinə görə mütləq cavab alacaqlar".

BAKU.WS xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb.

"Rusiyanın şər əməllərinə heç bir bəraət qazandırmaq olmaz. Həmişə olduğu kimi, bu şər məğlub olacaq. Və Odessaya görə Rusiya terrorçularına mütləq cavab veriləcək. Onlar bu cavabı hiss edəcəklər", - Zelenski qeyd edib.

Xatırladaq ki, Rusiya qoşunları iyulun 23-də Ukraynanın Odessa şəhərinə raket hücumu həyata keçirib. Nəticədə mülki obyektlərə və yaşayış binalarına ciddi ziyan dəyib, 19 nəfər yaralanıb, azı 1 nəfər isə ölüb.

BAKU.WS
VİDEO