SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya ordusunun Ukraynanın Dnepr şəhərindəki hündürmərtəbəli binaya raket hücumu nəticəsində ölənlərin sayı 18-ə çatıb.

Bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko teleqram kanalında yazıb.

O bildirib ki, raket zərbələri nəticəsində 18 nəfər ölüb, 73 sakin yaralanıb: "40-dan çox şəxs xəstəxanada, dördü isə ağır vəziyyətdə reanimasiyadadır". 

Qeyd edək ki, çoxsaylı insan tələfatı ilə əlaqədar yanvarın 15-dən şəhərdə 3 günlük matəm elan edilib.

***09:48

Rusiya ordusu Ukraynanın Dnepr şəhərində növbəti irimiqyaslı raket hücumu həyata keçirib.

BAKU.WS xəbər verir ki, Dnepr şəhərindəki hündürmərtəbəli binaya raket hücumu nəticəsində 14 nəfər ölüb, 73 nəfər yaralanıb.

Bu saata qədər xilasedicilər dağıntılar altından 38 nəfəri çıxarıb. Axtarış əməliyyatı davam etdirilir.

Şəhər meri Mixail Lısenko bildirib ki, dağıntılar altında hələ də sağ insanlar var və onlar mesaj yazmağa davam edirlər.

BAKU.WS
VİDEO

QALEREYA