SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-nin Florida ştatında 3 yaşlı oğlunu öldürmək üçün "saxta qatil saytı"ndan qatil kirayələyən ana saxlanılıb.

BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, 18 yaşlı ana Jazmin Paez qətli təşkil etməkdə və qeyri-qanuni məqsədlər üçün ünsiyyət vasitələrindən istifadə etməkdə ittiham olunur.

Zərərçəkmişləri aşkar edib yaxalamaq üçün yaradılmış "saxta qatil saytı"na müraciət edən ana 3 yaşlı oğlunu öldürmək üçün saytın sahibi ilə əlaqə saxlayıb.

Məhkəmə sənədlərinə görə, ana saxta internet saytında 3 yaşlı oğlunun şəkillərini və sözügedən qətl zamanı olacağı ünvanı paylaşaraq, qətlin müəyyən edilmiş müddətdə tamamlanmasını tələb edib.

Sayt sahibinin hadisəni polisə xəbər verməsindən sonra özünü muzdlu qatil kimi göstərərək görüşə başlayan detektivlər ananın 3 yaşlı oğlunun qətlinə görə 3000 dollar ödəməyə razı olduğunu bildiriblər.

İP ünvanı vasitəsilə yeri təsbit edən əməliyyatçılar ananı saxlayıblar.

Uşağın nənəsi ananın uşağa zərər vermək niyyətində olduğunu təsdiqləyib.

Anası Mayami-Dade həbsxanasına göndərilərkən 3 yaşlı uşaq nəzarətə götürülüb.

BAKU.WS