SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Qaziantep bölgəsinin Nurdağı rayonunda meşə yanğını baş verib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, rayonun Durmuşlar Məhəlləsi yaxınlığındakı meşəlik ərazidə naməlum səbəbdən baş verən yanğını görənlər vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildiriblər.

Əraziyə 3 helikopter, 12 yanğınsöndürən maşın, 6 su çəni, 6 ilk müdaxilə maşını cəlb olunub.

Həmçinin, Qaziantep Böyükşəhər Bələdiyyəsi Xilasetmə qrupları və bölgəyə sövq edilən təxminən 80 personal yanğının söndürülməsinə çalışır.

BAKU.WS