SİZİN REKLAM BURADA!
055 213 76 73


2022-ci ildə aclıqla üzləşən insanların ortalama sayının 735 milyon olduğu açıqlanıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Romada yerləşən BMT agentlikləri, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Dünya Qida Proqramı (WFP), Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD), Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatının birgə hazırladığı "BMT 2023 Dünya Ərzaq Təhlükəsizliyi Proqramı" hesabatı dərc olunub.

Hesabatın təqdimat iclasına video müraciət göndərən BMT-nin baş katibi Antonio Quterreş, "Heç kim ac qalmamalıdır", - deyib.

Hesabatda Covid-19 epidemiyası, Ukraynadakı müharibə və iqlim sarsıntıları kimi çoxsaylı böhranların təsiri ilə 2019-cu ildən bəri aclıqla üzləşən insanların sayının təxminən 122 milyon nəfər artdığı bildirilib. Ötən il dünyada 691-783 milyon insanın aclıqla mübarizə apardığı, orta rəqəmin isə 735 milyon olaraq hesablandığı qeyd edilib.

BAKU.WS