SİZİN REKLAM BURADA!
055 213 76 73


Son illərin ən tanınmış kahinlərindən biri olan Vanqanın 2024-cü illə bağlı proqnozları gündəmə gəlib.

BAKU.WS 2023-cü ildə tez-tez baş verən günəş partlayışlarını da illər əvvəl proqnozlaşdıran Vanqanın növbəti ilə bağlı proqnozlarını təqdim edir:

1. Vanqa 2024-cü ildə dünyanın böyük dönüşümə girəcəyini bəyan edib.

2. İki böyük elmi kəşflə dünyanın gedişatının sonsuza qədər dəyişəcəyini iddia edən Vanqa xərçəngin müalicəsinin tapıla biləcəyini bildirib.

3. O, həmçinin QİÇS-in kökünün kəsiləcəyini iddia edib.

4. 2024-cü il üçün başqa bir proqnoz isə “neft əsri”nin sona çatacağıdır. 2024-cü ildə əsas önəmin bərpa olunan enerjiyə veriləcəyi iddia edilir.

5. Vanqa kvant kompüterlərinin də inkişaf edəcəyini deyib. Maliyyə, səhiyyə və kibertəhlükəsizlik kimi sektorlara əhəmiyyətli təsir göstərdiyi iddia edilən kvant kompüterləri mürəkkəb hesablamaları görünməmiş sürətlə həyata keçirə biləcək.

6. Vanqa iddia edirdi ki, Putinə öz ölkəsindən kimsə sui-qəsd edəcək.

7. Digər tərəfdən o, Avropada ekstremistlərin hücumlarının artacağını bildirib.

8. ABŞ-nin keçmiş prezidenti Donald Trampın sirli xəstəlikdən əziyyət çəkəcəyi də kəhanətlər sırasındadır.

9. Vanqa kiberhücumların da artacağını iddia edib. O, həmçinin deyir ki, bu hücumlar genişmiqyaslı kəsintiyə və xaosa səbəb ola bilər.

10. 2024-cü ildə qlobal iqtisadiyyata təsir edəcək böyük böhranın ola biləcəyi onun iddiaları arasındadır.

Qeyd edək ki, Vanqa Çernobl fəlakətini öncədən proqnozlaşdırmışdı. O, 2023-cü illə bağlı nüvə təhlükəsinin mövcudluğunu iddia etmişdi. Lakin hələlik bu proqnozun nə dərəcədə özünü doğruldacağı müəmmalıdır.

BAKU.WS