SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Voronej vilayətində yanacaqdoldurma məntəqəsində uzun tıxac yaranıb.

BAKU.WS xəbər verir ki, bu barədə Tass məlumat yayıb.

Xatırladaq ki, Voronej vilayətində mümkün terror aktlarının qarşısının alınması məqsədilə antiterror əməliyyatı rejimi tətbiq edilib.

Buna səbəb ötən gün Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb. Bunu Rusiyanın “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib.

Rusiya Müdafiə Nazirliyi Priqojinin bəyanatını təkzib edərək qeyd edib ki, döyüşçülərin arxa düşərgələrinə zərbə endirilməsi barədə məlumat təxribat xarakterli informasiyadır və reallığı özündə əks etdirmir.

BAKU.WS
VİDEO