SİZİN REKLAM BURADA!
055 213 76 73


Kanadanın Nəqliyyat Təhlükəsizliyi Şurası "Titan" sualtı qayığında baş vermiş insidentlə bağlı araşdırmaya başlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə məlumat Şuranın saytında dərc olunub.

Qeyd olunub ki, məlumat toplamaq və hadisəni qiymətləndirmək üçün Sent Cons, Nyufaundlend və Labrador ştatlarına müstəntiqlər qrupu göndəriləcək.

Xatırladaq ki, turistləri "Titanik"in qəzaya uğradığı yerə aparan sualtı qayıq iyunun 19-da Atlantik okeanında itib. Sualtı qayıqda 5 nəfər olub.

Onlar britaniyalı iş adamı 48 yaşlı Şahzada Davud və onun 19 yaşlı tələbə oğlu Süleyman Davud, 58 yaşlı britaniyalı səyyah Hamiş Hardinq, Keçmiş Fransız Dəniz Donanmasının dalğıcı 77 yaşlı Paul-Henri Nargeolet və "OceanGate Expeditions" şirkətinin baş direktoru 61 yaşlı Stoktan Raşdır. 

Onlar artıq ölmüş hesab edilirlər.

BAKU.WS